365 gün - müasir və effektiv məhsulun hazırlanması, sınaqdan keçirilməsi, qeydiyyatdan keçirilməsi və buraxılması üçün məhz bu qədər vaxt lazımdır.
Elm inkişafın əsas resursu və əsası kimi
Research & Development bölmələri (ətriyyat-kosmetika və qida) hər gün çoxlu araşdırma aparır, yüzlərlə komponenti öyrənir və həm faydalı, həm təsirli, həm də təbii olan sübut edilmiş məhsul yaratmaq üçün onlarla resept hazırlayır.
- 2 labaratoriya
- 500 i̇ldə layihə
- 25 hazırlama qrupunda nəfər
- 1000 ayda laboratoriya müayinəsi
- 200 sınaq qrupları üçün könüllü
İdeyadan reallığa doğru: 5 addım
-
İdeyanın işlənməsi
Biz müasir insanın ehtiyaclarını öyrənir və insanlara ən effektiv və uyğun məhsulu təklif etmək üçün, sağlam həyat tərzi, idman və gözəllik sahəsində tendensiyaları təhlil edirik.
-
Komponentlərin seçilməsi
Əsas inqrediyentlərin qlobal istehsalçıları ilə birlikdə komandamız ən innovativ, unikal və təhlükəsiz inqrediyentləri axtarır. Bu yolla biz bütün ölkələrdəki Müştərilərimizə məhsulun ən yüksək keyfiyyətinə və onun eksklüzivliyinə inamına zəmanət veririk.
-
Prototiplərin seçilməsi
Öz yüksək texnologiyalı laboratoriyalarımızda biz müxtəlif məhsul reseptləri hazırlayır və onları in vitro, həmçinin könüllülər qruplarında sınaqdan keçiririk. Bunun sayəsində biz Müştərilərimiz üçün nəyin ən vacib olduğunu və gələcək məhsuldan nə gözlədiklərini dəqiq başa düşürük.
-
Keyfiyyətə nəzarət
Məqsədimiz insanlara mükəmməl keyfiyyətli təhlükəsiz məhsul bəxş etməkdir. Bunun üçün biz ən təhlükəsiz konservantları seçirik, mikrobioloji göstəriciləri öyrənirik və sınaqdan keçirilmiş nümunələri qablaşdırmada göstərilən yararlılıq müddəti ərzində kritik şəraitdə saxlayırıq.
-
Qeydiyyat və buraxılış
Kosmetika və qida məhsulları üçün bir aydan dörd aya qədər, kompleks əlavələr üçün isə tənzimləyici təsdiq almaq üçün altı aydan çox vaxt lazımdır. Bu zaman onun satılacağı hər bir ölkənin qanunlarına uyğunluğunu yoxlamaq lazımdır. Buna görə də, biz müştərilərə dəyişiklik və uyğunlaşma olmadan yaradılan formada məhsul təklif edə bilərik.
Siberian Wellness Şirkətinin 28 ildən çox elmi təcrübəsi.
-
Endoekologiya
Endoekologiya - orqanizmin daxili mühitinin təmizliyini təmin etmək üçün, metod və vasitələri hazırlayan və inkişaf etdirən və bütün orqan və toxumaların normal fəaliyyətini təmin edən elmdir. Endoekologiya - xəstəlikləri müalicə etmək üçün nəzərdə tutulmuş deyil, ilk növbədə onların qarşısının alınması ilə məşğul olan elmi tibbin yeni bir şöbəsidir.
-
Adaptiv tibb
Adaptasiya təbabəti-insanın xarici mühit şəraitinə uyğunlaşmasının mümkünlüyünü öyrənən müasir elmi istiqamətdir. Məsələn, adaptasiya təbabəti yeni şəraitə adaptasiya prosesində orqanizmin müdafiə qüvvələrini artırmağa imkan verən təbii adaptogen maddələrin iş mexanizmlərini fəal şəkildə araşdırır.
-
Xronobiologiya
Xronobiologiya bioloji ritmlərin yaranma şərtlərini, təbiətini, qanunauyğunluğunu və əhəmiyyətini eləcə də bioritmlər ilə insan sağlamlığı arasında qarşılıqlı əlaqələri öyrənən elmdir.
Siberian Wellness - real həyatdır
-
Yuriy QiçevElmi-innovasiya mərkəzinin rəhbəri -
Darya PrusovaTədqiqat və İnkişaf şöbəsini rəhbəri (qida istiqaməti) -
Evgeniya İvaxinaHazırlamaların və inkişafın (ətriyyat-kosmetik istiqamət) şəhbəsinin rəhbəri
Məhsulun hazırlanmasında elmi texnologiya
-
Vcaps® - koşər, halal, veqan
Vcaps® kapsulları - təmiz Siberian Wellness məhsulları üçün ideal qabıqlardır. Bitki komponentləri əsasında hazırlanmışdır, koşərlik halallıq sertifikatları var, həmçinin vegetarian və vegan icmaları tərəfindən təsdiq edilmişdir. Lonza kompaniyasının texnologiyası.
Texnologiyaya əsaslanan məhsullar:
-
Kosmetik laktobakteriyalar - gözəlliyin qorunması tendensiyasıdır.
Pre- və probiotiklər, bakteriya lizatları əsasında olan kosmetik məhsullar üçün biotexnologiya Əlverişli ekofloranın selektiv artımının təsdiqi. Seçici stimullaşdırma yolu ilə "yaxşı" mikroorqanizmlərin çoxalmasını və metabolik fəaliyyətini gücləndirən, "pis" olanların sayını isə azaldan güclü kosmetik prebiyotiklər.
Texnologiyaya əsaslanan məhsullar:
-
Flutex™ - omeqa-3-ü üç dəfə təmizləyirik
Olduqca təmizlənmiş omeqa-3 turşularının əldə edilməsi üçün "yaşıl" kimyanın Flutex texnologiyası istifadə olunur - omeqa-3 turşularının olduqca kritik vəziyyətdə CO2 köməyi ilə ekstraksiyası, təmizlənməsi və konsentrasiyası. Flutex daha zənginləşdirilmiş məhsul əldə etmək üçün misilsiz imkan verir və ənənəvi ekstraksiya üsullarında istifadə olunan toksik orqanik həlledicilərin istifadəsini istisna edir. Solutex şirkətinin texnologiyası.
Texnologiyaya əsaslanan məhsullar:
-
Hialuron turşusu - əsrin əsas yaşlanma əleyhinə agenti
Biz kliniki cəhətdən təsdiqlənmiş xüsusiyyətlərə (Exceptionhyal Full, Exceptionhyal Relief, PrincipHYAL Aurora) malik müxtəlif molekulyar çəkili olan hialuron turşusundan istifadə edirik ki, dəriyə maksimal dərəcədə nəmləndirilməsi, kollagen və elastin səviyyəsinin saxlanması üçün dəqiq nüfuz edilməsinə nail olaq.
Texnologiyaya əsaslanan məhsullar:
-
IntroVIT texnologiyası - vitaminlərin ömrünü uzadır
Termik sabitliyi nəzərə alaraq, hazır məhsullara (şərbətlər, tabletlər) vitaminlərin daxil edilməsi üçün nəzarət olunan texnologiya. Beləliklə, məhsulun bütün saxlama müddəti ərzində zəmanətli miqdarda vitamin veririk.
Texnologiyaya əsaslanan məhsullar: