Siberian Wellness Namangan aqrar-sənaye kompleksi
Siberian Wellness Şirkətinin meyvə bağları, misilsiz ekoloji cəhətdən təmiz istehsalat kompleksi və müasir keyfiyyətə nəzarət laboratoriyası.
NamAgroTech bugün
9 cür meyvə ağaclarının bar verdiyi 415 ha sahəyə malik meyvə bağları: 30 növ qaysı, 27 növ nektarin, 16 növ gilas, hər birindən 9 növ olmaqla alma və şaftalı, 7 növ armud, 6 növ badam, 5 növ üzüm və 3 növ gavalı - ümumilikdə 280 000-dən çox ağac. Bağın maksimal istehsalat gücü - ildə 8970 ton meyvə. Müəssisədə aşqarsız və konservantlarsız 100% təbii qatılaşdırılmış alma şirəsi istehsal edilir. Siberian Wellness məhsul çeşidindən BAQM-ların istehsal edildiyi xətt fəaliyyət göstərir.
Zamanla ayaq-ayağa
Qələmlər İspaniya, Fransa və Özbəkistanın ən iri şitilliklərində yetişdirilib. Komanda Fransanın və Özbəkistanın ən yaxşı aqrar mütəxəssisləri ilə əməkdaşlıq edir, təbii gübrələr və materiallar istifadə edilir. Siberian Wellness tərtibatçıları dünyada analoqları olmayan şəxsi smart-sistemlərini yaradırlar. İstehsalat kompleksi ən yüksək beynəlxalq standartlara uyğundur.
Keyfiyyət və təhlükəsizlik əsas prinsiplər kimi
Namangan bağı, lazımi kənd təsərrüfatı təcrübəsi üzrə tövsiyə və tələbləri ehtiva edən və təhlükəsizlik və keyfiyyəti təmin edən beynəlxalq GLOBAL G.A.P. standartı üzrə sertifikatlaşdırılıb (Good Agricultural Practices). İstehsalat kompleksi isə HALAL və ISO 14001 standartları üzrə sertifikatlaşdırılıb və FSSC 22000 qida məhsullarının təhlükəsizliyi standartı ilə uyğunlaşdırılıb.
Bizim prioritetlərimiz
Məhsulların qüsursuz keyfiyyəti
Ətraf dünya haqqında qayğı
İşçilərin təhlükəsizliyi
Bölgənin inkişafı və yeni imkanların yaradılması
Siberian Wellness komandası, öz gücünü müasir, ekoloji təmiz istehsalın və bağların inkişafı üçün sərmayə edərək, daim Özbəkistan sakinləri üçün iş yerlərinin sayını artırır. Biz, Rusiya, Avropa və Asiya bazarlarını təzə məhsullar ilə təmin edərək, bölgənin iqtisadi əhəmiyyətini artırmağa can atırıq, həmçinin biz, əməkdaşlara aparıcı dünya mütəxəssislərinin təcrübəsini ötürərək, innovativ texnologiyalar yeridir və əməkdaşların ixtisasını artırırıq.
İnkişaf perspektivləri
Bağlarda əkin sahəsini 2000 ha-dək genişləndirmək imkanı istehsal edilən aqrar məhsulların həcmlərinin çoxqat artırılması üçün perspektivlər yaradır. Bağlarda ən müxtəlif bitkilərin yetişdirilməsi üçün şəraitlər yaradılır: tərəvəzlərin, meyvələrin, müxtəlif növ qoz və fındıqların, Şirkətin məhsul çeşidindən bioloji fəal qida əlavələrinin istehsalı üçün istifadə edilən dəyərli bitkilərin - Siberian Wellness tam dövr istehsalatının yaradılmasına can atır. Hal-hazırda işə salınan texnoloji xəttlər hər il 500 ton pektin və 600 ton qida liflərinin istehsalına nail olmağa imkan yaradacaq.