Taiga cemi: parlaq, dadlı, faydalı
Sibirin cənubunun ulduzları - çaytikanı, itburnu, mərcangilə, yemişan - yalnız dadlı mürəbbəyə deyil, həm də unikal qida əlavələrinə, şərbətlərə, drajelərə, diş məcunlarına və hətta bal məcunlarına (çay üçün - mürəbbədən daha yaxşıdır) çevrilir! Təbii vitaminlər, antioksidantlar və əla əhval-ruhiyyə mənbəyidir. Əsl Sibir kombosu!
Çaytikanı yağı - vitaminlər, makro və mikroelementlər, amin turşuları, mono və doydurulmamış yağ turşuları, dərinin qidalanması, epiteliya toxumalarının qorunması və bərpası üçün fosfolipidlərin ən zəngin mənbəyidir.
Mərcangilə - güclü antiseptik və sidikqovucu təsir göstərən qlikozid arbutini ehtiva edir.
İtburnu - güclü imunitet üçün çox zəruri olan C vitamininin ən zəngin mənbəyidir. Eləcə də,itburnu mikro və makro elementlərlə də zəngindir, həzmi yaxşılaşdırır və soyuqdəymədən tez bir zamanda qurtulmağa kömək edir.
Yemişan - aritmiya ilə mübarizə aparmağa və qan təzyiqini azaltmağa kömək edir, orqanik selenium isə miokard hüceyrələrini məhv olmaqdan qoruyur.